Sankt-Peterburqda terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Sankt-Peterburqda dekabrın 16-da terror hücumu həyata keçirməyi planlaşdıran İŞİD terror qruplaşmasının tərəfdarlarının cinayətkar fəaliyyətinin qarşısını alıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən terror hücumunun terrorçu-kamikadze vasitəsilə izdihamlı yerlərin birində həyata keçirilməsinin planlaşdırıldığını bildiriblər.

Qeyd olunub ki, dekabrın 13-14-də Sankt-Peterburqda keçirilən xüsusi əməliyyat nəticəsində qruplaşmanın yeddi üzvü saxlanılıb.

Əməliyyat zamanı şübhəlilərdən xeyli sayda partlayıcı qurğular, partlayıcı qurğuların komponentləri, avtomat, sursat və ekstremist ədəbiyyat müsadirə edilib.

15.12.2017 19:58 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo