Ən sürətli operativ yaddaş dəsti təqdim olunub

“Corsair” şirkəti “DDR4” formatlı dünyanın ən sürətli operativ yaddaş qurğusu dəstini təqdim edib.

Azadinform “Rambler” resursuna istinadən yazır ki, “CMSX32GX4M4X4000C19” nömrəli modelin hər biri 8 giqabaytlıq 4 “SODIMM” modulundan ibarət olmasına görə ümumi yaddaş tutumu 32 giqabayt təşkil edir. 4 min MHs tezliyində fəaliyyət göstərən yeni model 1,35 Vatt cərəyan gərginliyi ilə işləyir.

Məlumata görə, “CL19-23-23-45” operativ yaddaş qurğusu dəstində ömürlük zəmanət verildiyi yüksəkkeyfiyyətli “Samsung” mikroçiplərindən istifadə olunur. Yeni qurğu “Mini-ITX” formatlı ana plata əsasında güclü, lakin kompakt fərdi kompüterlərdə istifadə üçün nəzərdə tutulub. Modelin tədarükünə artıq başlanılıb.

Yaddaş qurğusu dəstinin qiyməti 600 dollar təşkil edir.  

15.12.2017 19:58 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo