Danimarkada marixuana və həşişin satışı qanuniləşib

Gələn il yanvarın 1-dən etibarən Danimarkada həkimlər reseptdə xəstələrinə tibbi göstəricilərinə əsasən, marixuana və həşiş yaza biləcəklər.

Azadinform TASS-a istinadən xəbər verir ki, marixuananın leqallaşması ilə bağlı sınaq proqramı bu gün parlament tərəfindən təsdiqlənib.

Marixuananın istehsalı ilə yerli fermerlərin məşğul olacağı, satışın apteklərdə həyata keçiriləcəyi planlaşdırılır. İndiyədək marixuana yetişdirilməsinə icazə almaq üçün 15 şirkət hökumətə müraciət edib.

Marixuananın onkoloji xəstəliklərin ağrıları zamanı, kimyaterapiyadan sonra, onurğa travması, güclü əzələ ağrıları və digər ağır xroniki xəstəliklər zamanı ağrıların yüngülləşdirilməsi üçün istifadə olunacaq. Həmçinin həkimin nəzarəti və məsuliyyəti ilə digər diaqnozlarda da marixuana həkimlər tərəfindən əhaliyə yazıla biləcək. 

15.12.2017 19:06 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo