Kreml: Rusiyaya qarşı sanksiyalar qanunsuz və yanlışdır

Arzu Ağayeva/AZADİNFORM. Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları uzatması qərarını Kremlin sözçüsü Dmitriy Peskov “qanunsuz və yanlış” olaraq dəyərləndirib. 

Azadinform “Life.ru” agentliyinə istinadən xəbər verir ki, Peskov bildirib: “Biz təəssüf edir və hesab edirik ki, Aİ-nin bu qərarı həm İttifaq dövlətlərinin, həm də Rusiyanın maraqlarına cavab vermir. Bu qərar qanunsuz və tam mənası ilə yanlış qərardır. Amma biz Brüssellə əlaqələr yaratmaq fikrindəyik”. 

Xatırladaq ki, bu ilin sentyabr ayında, Aİ Rusiyaya qarşı sanksiyaları 15 mart 2018-ci ilə kimi uzatdığını açıqlamışdı.

15.12.2017 18:53 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo