İranın XİN rəhbəri ABŞ-ı Yəməndəki dinc insanların qətlində günahlandırıb

Arzu Ağayeva/AZADİNFORM. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  ABŞ-ı Yəməndəki müharibə zamanı dinc insanların ölümünə səbəb olan müttəfiqlərinə silah satmaqla günahlandırıb. 

Azadinform “Ria” agentliyinə istinadən xəbər verir ki, bu haqda Məhəmməd Cavad Zərif  şəxsi tvitter hesabında yazıb: “İran ilk gündən bu günə kimi Yəməni atəşkəsə və dostluq münasibətlərinə dəvət edib. ABŞ isə dinc əhalinin qətlə yetirilməsinə səbəb olan silahları müttəfiqlərinə satmağa davam edib. Heç bir alternativ fakt və sübutlar ABŞ-ın  müharibədə iştirakını yalanlıya bilməz”. 

Əlavə edək ki, ABŞ prezidenti Donald Tramp bu ilin may ayında baş tutan ilk xarici səfərini Səudiyyə Ərəbistana etmişdi. 
Xatırladaq ki, Yəməndə silahlı qarşıdurmalar 2014-cü ildən davam edir və

Noyabrın axırlarından başlayaraq Səna şəhərində Əl-Husi döyüşçüləri ilə sabiq prezidentin tərəfdarları arasında qarşıdurma daha da şiddətlənmişdi. Yəmən prezidenti Əli Abdullah Saleh isə 4 dekabr 2017-ci ildə Yəmənin Məarib vilayətinə gedərkən Zmmar-Beyza yolunda husilər tərəfindən qətlə yetirilmişdi.

15.12.2017 18:45 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo