Prezident İlham Əliyev Bəhreynin Kralına təbrik məktubu ünvanlayıb

Samir Soltanov/AZADİNFORM. Dövlət başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

15.12.2017 18:30 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo