Binalarda yaşayan insanların mülkiyyət sənədinin olmaması problemi mövcuddur

Leyla Məhərrəmova/AZADİNFORM. Mili Məclisin deputatı Fazil Mustafa  Mülki Məcəllədə dəyişikliklərin müzakirəsi zamanı dövlətin vətəndaşın şəxsi mülkiyyətinin qorunması istiqamətində güzəştli addımlar atmasını təklif edib. 

Azadinform xəbər verir ki, deputat qeyd edib ki, çox mənzilli binalarda yaşayan insanların mülkiyyət sənədinin olmaması problemi mövcuddur. O əlavə edib ki, insanlar böyük əzab çəkir.

Deputat qeyd edib ki, Azərbaycanda yoxsul kontingentə daxil olan insanlar var ki, onların evində məcburi köçkünlər məskunlaşıb: “20 ildir ki, bir müəllim qanuni sənədləri əlində olduğu halda evində yaşaya bilmir. Bu motivə həyatlarını qurban verən onlarla insan var”.  
Qeyd edək ki, deputat qaçqın və məcburi köçkünlərin ev probleminin həllinin yekunlaşdırılmasına ehtiyac olduğunu vurğulayıb. O həmçinin əlavə edib ki, Mülki Məcəllədə dəyişikliyin edilməsi vətəndaşların bu sahədə olan problemlərinin aradan qalxmasına kömək edəcək.

15.12.2017 17:52 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo