Deputat: Maaşları az olsa da həftə sonları işləməyə məcbur olurlar

Leyla Məhərrəmova / AZADİNFORM. Xırda, aşağı vəzifəli məmurun maaşı da çox deyil. Lakin onlar çox vaxt həftə sonları belə işləməyə məcbur olur.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa plenar iclasda çıxışı zamanı deyib. O qeyd edib ki, məmurların hüquqlarının qorunması ilə bağlı Həmkarlar İttifaqı  tərəfindən müvafiq addımın atılmasına ehtiyac var.

Deputat bildirib ki, bu məsələ həmin məmurların ailələrində də narazılığa səbəb olur: “Hətta bəzi məmurların azyaşlı övladları var, onlar evlərinə gedəndə övladları yatdığı üçün onları görə bilmirlər”.

F. Mustafanın sözlərinə görə, hələ 19-cu əsrdə insanlar iş saatının 8 saata qədər azaldılması uğrunda mübarizə aparıb və buna nail olub.

O əlavə edib ki, insan 8 saatdan artıq işləyirsə, bu istismar sayılmalıdır.

15.12.2017 17:40 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo