DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gündən etibarən 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

Mərkəzdən Azadinform-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Energetika Nazirliyi və Dövlət Statistika Komitəsi) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini 2017-ci il 15 dekabrdan 2018-ci il 4 yanvar saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Ümumi müsahibəyə dair ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) verilib.

15.12.2017 17:37 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo