Fələstinli etirazçı canlı yayımda İsrail əsgərləri tərəfindən vuruldu Video

Ləman Hüseynzadə / AZADİNFORM. Qərbi Şəriyə bölgəsində, Qüdsün şimalında yerləşən Ramallah şəhərində fələstinli etirazçı vurulub. 

Azadinform xəbər verir ki, canlı yayımda İsrail əsgərləri tərəfindən vurulan etirazçını təcili yardımın aparmağına şərait yaradılmayıb. Belə ki, həkimlər nümayişçini təcili yardıma mindirə bilsələr də, maşının hərəkət etməsinə İsrail əsgərləri icazə verməyib.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü “İsrailin paytaxtı” kimi tanıdığını elan etdiyi gündən etirazlar keçirilir və bu səbəblə Qərbi Şəriyədə keçirilən nümayişlərdə artıq 10 nəfər yaralanıb.

Videoya aşağıdakı linkdə baxa bilərsiniz:


https://www.dha.com.tr/dunya/ramallahta-israil-askerleri-filistinli-protestocuyu-vurdu/haber-1554838/video/

15.12.2017 17:30 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo