Azercell-in prezidenti tələbələrlə görüşüb

Samir Soltanov/AZADİNFORM. Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir. 

Şirkətdən Azadinform-a verilən məlumata görə, aparıcı universitetlərlə əməkdaşlıq edən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərən, tələbələrin inkişafına dair müxtəlif proqramlar təşkil edən şirkətin nümayəndələri həmçinin, mütəmadi olaraq tələbələrlə görüşlər də keçirir. Belə görüşlərdən biri dekabrın 14-də Bakı Mühəndislik Universitetində baş tutub. Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və tələbələrlə görüşüb. Görüşdə Universitet ilə yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. 
V.Mürsəliyev rəhbərlik etdiyi şirkətin ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin inkişafına təkan verən layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Xüsusilə də texniki sahədə təhsil alan tələbələrin peşəkar inkişafı, onların sahibkarlıq və biznesə cəlb olunması üçün biz təqaüd və təcrübə proqramları təşkil edir, Bakıda və regionlarda bir sıra universitetlərlə əməkdaşlıq layihələri imzalamışıq”. 
Şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrə dəstək olacağını bildirib, onlara təhsillərində və gələcək karyeralarında uğurlar diləyib. 
V. Mürsəliyev tələbələrə öz həyat yolu və Azercell-in 21 illik fəaliyyəti haqqında da məlumat verib. Görüşün sonunda şirkət prezidenti tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

15.12.2017 17:16 / Baxılıb: 371 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo