ABŞ-la mübarizə aparan son hindu qəbiləsinin başçısı: Oturan Buğa

Arzu Ağayeva / AZADİNFORM. Amerikalı tarixçi və sosial aktivist Hovard Zinn, tarixə görülməyən tərəfindən baxdığı kitabında (Amerika Birləşmiş Ştatları xalqlar tarixi) “Yeni Dünya”nı kəşf edən Kolumbun çoxlarına məlum olmayan tərəflərini göstərmişdi.

Yazıçı kitabda Kolumbun kəşfindən sonra yerli xalqa edilən zülmü elə Kolumbun yazdığı öz gündəliyinin köməkliyi sayəsində oxuyuculara təqdim etmişdi. Kitabda geniş məlumat verilən “Yeni Dünya”nı kəşf edən Kolumbun başlatdığı bu irq qırğını XIX əsrə kimi davam etmişdi. Təxminən 130 il əvvəl bu gün ABŞ ordularıyla mübarizə aparan son hindu qəbiləsinin başçısı Oturan Buğa “ruhların rəqsi”ndə iştirak etməsi bəhanəsiylə qətlə yetirilmişdi. 

Qeyd edək ki, ABŞ, “ruhların rəqsi”ni müstəqillik hərəkatı kimi dəyərləndirib, sözü gedən rəqsə qadağa qoymuşdu. O, Kolumbun da aid olduğu ağ dərili insanları “yaz aylarında yatağından daşıb, qabağına çıxan hər şeyi məhv edən çaya bənzədirdi. Ağ dərili insanların bu gün olduğu kimi tarixən də həyati önəm daşıyan sahib olma istəyi və sərhəd anlayışı kimi dəyərlərə heç bir məna verə bilmirdi.

15.12.2017 17:10 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo