Milli Məclis Seçki Məcəlləsində dəyişiklik edir

Leyla Məhərrəmova / AZADİNFORM. Milli Məclis Seçki Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxarıb.

Azadinform xəbər verir ki, yeni dəyişikliklərə əsasən Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib. Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir. Dəyişikliklər haqqında deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Seçki Məcəlləsinin 44 maddəsinə 55 dəyişiklik təklif edilir: “Bu dəyişiklikləri iki qrupa ayırmaq olar. Birinci qrup dəyişikliklər 2016-cı il referendumuna uyğun olaraq Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə əlaqədardır: “Həm komitədə, həm də spikerin yanında olan müzakirələr zamanı 175 və 176-cı maddələr ciddi müzakirə edilib. Spikerin müəyyən təklifləri oldu və biz bu məsələni qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etmişik. Bu maddələr deputatların mandatdan mərhum edilməsi ilə bağlıdır. Yeni dəyişikliklərə əsasən etik davranış qaydalarının pozulması ilə bağlı Milli Məclisin müvafiq strukturunun mövqeyi varsa, İntizam Komissiyasında müvafiq qərar qəbul edibsə, onun Mərkəzi Seçki Komissiyası tərəfindən yenidən araşdırılması doğru olmazdı”. 

O əlavə  edib ki, Məcəllənin 175.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının qərarı dərc edildikdən sonra 10 gün müddətinə apelyasiya şikayəti verilə bilər. Həmçinin Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan 15 gün müddətinə qərar verilə bilər. 176.4-cü maddəyə əsasən deputatın mandatdan mərhum edilməsi haqda qərardan sonra məhkəmə müraciət edərsə, məhkəmə müvafiq qərar verənə qədər həmin dairədə seçki keçirilə bilməz.

15.12.2017 17:01 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo