ABŞ Ukraynaya hansı silahları göndərəcək?

“Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan deputat Dmitri Tımçuk ABŞ-ın Kiyevə hansı silahları tədarük edəcəyini açıqlayıb”.

Məlumata görə, D. Tımçuk bunun hava hücumuna qarşı müdafiə radarları və radiolokasiya sistemləri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün üzmə vasitələri olduğunu deyib.

Onun sözlərinə görə, silah tədarükündə məqsəd Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməkdir.

Deputat bildirib ki, hətta Ukrayna hərbi büdcəsinin artırılmasından sonra müdafə sahəsində "faciəli şəkildə" vəsait çatışmazlığı var.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardımın ayrılmasını təsdiq edib. (trend)

15.12.2017 17:07 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo