Aydın Mirzəzadə: Provokasiyalar artıq Azərbaycan cəmiyyətində keçmir

Leyla Məhərrəmova / AZADİNFORM. "Dünyada heç iki dövlət belə tapmaq olmaz ki,  onların dövlət quruluşu və seçki qaydaları bir-birinə uyğun olsun".

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Seçki Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Seçki Məcəlləsinin müddəaları bəzi Avropa dövlətlərində olduğundan daha demokratikdir. Deputat həmçinin əlavə edib ki, Azərbaycanda baş verəcək hansısa əhəmiyyətli hadisə ərəfəsində provokasiyalar edilir: “Mən Seçki Məcəlləsində dəyişikliyin edilməsini də həmin əhəmiyyətli hadisələrdən hesab edirəm. Fikrimcə, həmin provakasiyalar anti-Azərbaycan qüvvələr tərəfindən törədilir və  sifarişlə edilir. Hətta gündəmə süni mövzu müzakirəsi atılır”.

Deputat qeyd edib ki, artıq Azərbaycan cəmiyyətində bunlar keçmir.

O əlavə edib ki, edilən təxribatlar Azərbaycanda çaxnaşma yaratmaq cəhdindən başqa  bir şey deyil.

15.12.2017 16:53 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo