Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib

Samir Soltanov/AZADİNFORM. İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib. 

Azadinform xəbər verir ki, "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib. 
O, Şon Dayç ("Bernli"), Antonio Konte ("Çelsi"), Yurgen Klopp ("Liverpul"), Joze Mourinyo ("Mançester Yunayted") və Arsen Vengeri ("Arsenal") qabaqlayıb. Bununla da təcrübəli mütəxəssis dalbadal 3 dəfə bu mükafatı qazanan ilk məşqçi olub. 
Qeyd edək ki, P.Qvardiolanın komandası noyabrda keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.

15.12.2017 16:50 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo