Seçkilərlə bağlı səsləndirilən bəzi fikirlər sırf təxribatdır

Leyla Məhərrəmova / AZADİNFORM. Milli Məclisin deputatı Siyavuş Novruzov seçkilərlə bağlı səsləndirilən bəzi fikirlərə aydınlıq gətirib.

Azadinform xəbər verir ki, deputat qeyd edib ki, biri deyir Azərbaycanda martda seçki keçiriləcək, biri  deyir  başqa vaxtda keçiriləcək: “Vaxtilə ANS TV-nin əməkdaşı var idi, Sevinc Osmanqızı. İndi də  ABŞ-da yaşayır. O deyib ki, martda prezident seçkiləri keçiriləcək və bu gün Milli Məclisin iclasında həmin məsələyə baxılacaq”.

Deputat qeyd edib ki, səsləndirilən bu cür fikirlər sırf təxribatdır. S. Novruzov əlavə  edib ki, Seçki Məcəlləsində göstəriş var ki, fəaliyyətdə olan prezidentin müddəti başa çatdıqdan sonra seçki oktyabrın 3-cü həftəsinin 3-cü günü keçiriləcək: “Yəni seçkinin keçiriləcəyi tarix ayına və gününə qədər məlumdur. Əgər seçkinin keçiriləcəyi gün bayram gününə düşürsə, seçki həmin həftənin başqa gününə keçirilə bilər. Amma ayı dəyişmək olmaz”.

S. Novruzov qeyd edib ki, hər bir fikirdən başqa fikir doğur və bunun izahını verməli olursan.

Deputat həmkarlarını və jurnalistləri bu məsələdə diqqətli olmağa çağırıb.

15.12.2017 16:37 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo