Türkmənistanda ərzaq qıtlığı davam edir

Arzu Ağayeva/AZADİNFORM. Türkmənistanın paytaxtı Aşqabadda yumurtada qıtlığı yaranıb. 

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl prezident Qurbanqulu Berdiməhəmmədov ölkədə ərzaq qıtlığının qarşısını almaq üçün komissiya yaradıb. Türkmənistan prezidenti belə bir qərarı ölkədə un çatışmamazlığı və qiymətlərin yüksəlməsinin açıqlanmasından sonra verib. 

Qeyd edək ki, bu həftə Aşqabad bazarlarında yumurta qiymətlərinin kəskin bahalaşdığı müşahidə olunub.

 

Xatırladaq ki, əsas ərzaq məhsullarında baş verən bahalaşma hələ keçən ilin dekabr ayından müşahidə olunulub. Yağ, şəkər, yumurta və ət məhsullarının qıtlığı bazarlarda insanların uzun sıralar yaratmasına səbəb olub. Daşoğuzdakı əhali isə qıtlıq çəkilən ərzaqları ala bilmək üçün bir ay əvvəldən qeydiyyatdan keçməyə məcburdur.

15.12.2017 16:36 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo