Hacıqabulda istehlakçıların hüquqları ilə bağlı konfrans keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Hacıqabulda konfrans keçirilib.

İqtisadiyyat Nazirliyindən Azadinform-a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin, Hacıqabul rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. 

Tədbirlərdə rayonun aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin və 180-ə yaxın ictimaiyyət nümayəndəsi iştirak edib.

15.12.2017 16:15 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo