Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb

Eşqin Nuruşov/AZADİNFORM. Bu il Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində ölkədə kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 188,7 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 28,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 50,1 faiz artıb. 

On bir ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 10,4 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 44,4 faiz artıb.

15.12.2017 16:05 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo