38 şəhər və rayonda monitorinq imtahanları keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) 14-15 dekabrda respublikanın 38 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirib.

Mərkəzdən Azadinform-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

Nəzərə çatdıraq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 20 və 21 dekabrda keçiriləcək.

Bildirilib ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, monitorinq imtahanları Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax,  Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz,  Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli,  Beyləqan, Şirvan,  Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz və Siyəzəndə keçirilib.

15.12.2017 15:40 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo