Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə  toplantı keçirilir.

Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran nazir general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.

İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi  sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.

15.12.2017 13:24 / Baxılıb: 82 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.04.2018
22.04.2018
21.04.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo