| |||||
“Bir dəfə riyaziyyatçını gətirib qoydular ordunun başına ərazilərimizi itirdik”Leyla Məhərrəmova / AZADİNFORM. “Ümumilikdə Silahlı Qüvvələr haqqında fikir yürütmək üçün həm beynəlxalq sahədə, həm də daxili vəziyyət haqqında təcrübəli olmalısan. Hər bir qanunun yaxşı və pis cəhətləri var. Heç bir qanun Quran ayəsi deyil, istənilən zaman dəyişdirilə bilər”. Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Silahlı Qüvvələr haqqında qanunun müzakirəsi zamanı deyib. O qeyd edib ki, sözügedən qanun mükəmməl hazırlanıb və qəbul edilməlidir. Deputat deyib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan qarşısında hesabat verir: “Bəzi şəxslər orduya ictimai nəzarət olmalıdır məsələsini qaldırır. Nə bilək ki, hansısa QHT peşəkardır ya deyil. Bu QHT təmsilçisi döyüş bölgələrinə gedəcək, nə bilmək olar ki, o düzülüş qaydasını bilir, ya bilmir. Hərbi xidmətdə olmayanlar da Silahlı Qüvvələrdən danışır, avtomatı versən heç söküb-yığa bilməz. Bu nəzəriyyə deyil, praktikadır”.
15.12.2017 13:10 / Baxılıb: 175 /
Bu bölmədə
|
![]() |
© 2018 All right reserved www.azadinform.az | Powered by Danneo |