Binəqədidə daha bir küçə təmir olunub Fotolar

Samir Soltanov/AZADİNFORM. Binəqədi rayonunda Şövkət Məmmədova küçəsi təmir olunub. 

“Azəravtoyol” ASC-dən Azadinform-a verilən məlumata görə, təmir işləri ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb. 
Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir. Küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. 12 sm qalınlığında olmaqla yolun 12 min kv.m ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülüb. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzülüb. 
Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulub, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib. 
Təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

15.12.2017 12:50 / Baxılıb: 83 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.09.2018
22.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo