Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisinin razılığı olmalıdır

Leyla Məhərrəmova/AZADİNFORM. “Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisinin razılığı olmalıdır”. 

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Silahlı Qüvvələr haqqında qanunun ikinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik.
Deputat bildirib ki, Silahlı Qüvvələrlə bağlı Prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin: “Yəni Milli Məclis də hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq. Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Mən  Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətdə Milli Məclisin kənarda qalmasını yanlış hesab edirəm”.

15.12.2017 12:26 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo