Yaşayış binasında yanğın olub - Bakıda

Eşqin Nuruşov/AZADİNFORM. Paytaxtda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, hadisə Bakı şəhəri, Nəsimi rayonunda qeydə alınıb. Belə ki, həmin ərazidə yerləşən ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilin dəhlizinin tavanı 1 kv.m sahədə və binaya bitişik ümumi sahəsi 200 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Mənzilin və anbarın qalan hissəsi yanğından mühafizə olunub. 

15.12.2017 11:32 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo