Sarkisyan siyasətdə qalacaqmı?

Leyla Məhərrəmova/AZADİNFORM. “Könüllü olaraq daşıdığın bütün məsuliyyətləri sona qədər yerinə yetirməlisən”. 

Azadinform-un məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan televiziyasına müsahibəsində danışarkən deyib.  Jurnalistin gələn ilin aprelində yeni hökumətin formalaşmasından sonra Sarkisyanın hansı işlə məşğul olacağı barədə sualına cavab verən erməni prezident qeyd edib ki, bütün vəzifələrini sona qədər yerinə yetirməlidir: “Sonda isə nə baş verəcəyini görəcəyik”. 

Siyasətdə qalıb-qalmayacağı ilə bağlı suala cavabında Sarkisyan deyib: “Biz bunu görəcəyik”.

15.12.2017 11:13 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo