Bakı-Ceyhan kəməri ilə tranzit neftinin nəqli 44% artıb

AZADİNFORM. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 39 127,1 min ton neft nəql edilib.

Azadinform Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,8% az olub.

Cari ilin yanvar-noyabr ayları ərzində BTC kəməri vasitəsilə 30 862,1 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 0,24% azdır. Hesabat dövrü ərzində BTC ilə 5 877,2 min ton tranzit nefti də nəql edilib və bu, ötən ilin 11 ayından 43,9% çoxdur.

14.12.2017 20:37 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo