Azərbaycan və Böyük Britaniya arasında protokol imzalanıb

Samir Soltanov/AZADİNFORM. Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunları üzrə protokol imzalanıb. 

Azadinform xəbər verir ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed imzalayıb. 
Qeyd edək ki, Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed Azərbaycanda səfərdədir.

14.12.2017 18:52 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo