Azərbaycan Türkiyə ilə anlaşma memorandumu imzalanıb

Eşqin Nuruşov/AZADİNFORM. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən Azadinform-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida sənayesi, səhiyyə, turizm, sənaye və tikinti sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

AZPROMO-nun vitse-prezidenti Murad Abdullayev Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Azərbaycan və Türkiyə işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini bildirib, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib. Van Ticarət və Sənaye Palatasınıniş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Van vilayətinin iqtisadi potensialı barədə məlumat verib.

Tədbirdə AZPROMO və Türkiyənin Van Ticarət və Sənaye Palatası arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.

14.12.2017 18:00 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo