Beyləqanda top mərmisi aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Azadinform-a verilən məlumata görə, havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

14.12.2017 13:30 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo