Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev keniyalı həmkarı Uhuru Kenyattaya məktub göndərib. 

Azadinform xəbər verir ki, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram”.

13.12.2017 18:10 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo