Artur Rasizadənin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib

Baş nazir Artur Rasizadənin köməkçilərinin sayı azaldılıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb. 

Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib. 
Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub. (apa)

13.12.2017 18:07 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo