Ermənistan Türkiyə ilə imzalanan Protokolları ləğv edəcək

Samir Soltanov/AZADİNFORM. “2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq”. 

Azadinform news.am saytına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. O qeyd edib ki, Ermənistan-Türkiyə əlaqələrinə dair mövqeyimizin sizi maraqlandırdığını bilirəm: “Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Türkiyə ilə münasibətlərin normallaşması üçün 2009-cu ildə Zürih Protokolları imzalanıb. Hər vəziyyətdə sənədlər bu günə qədər təsdiqlənməyib. Bu da, Protokolların mətninə ziddir. Bu sənədlər girov qala bilməz. Ermənistan prezidenti sentyabrda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirdi ki, Ermənistanın protokolları ləğv edəcək. Çünki iki ölkə arasında əlaqələrin normallaşması üçün addım atılmır. 2018-ci ilin baharını Protokollar olmadan qarşılayacağıq”.

13.12.2017 16:34 / Baxılıb: 426 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo