Ermənilərin Azərbaycan abidələrini öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır

“Ermənilər Azərbaycan ərazilərinə köçdükdən sonra Azərbaycan xalqının və digər xalqların mədəniyyət abidələrini, mədəniyyətini, adət-ənənələrini, məişətini özününküləşdirməyə başladı”. 

Məlumata görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. 
S.Novruzov bildirib ki, digər tərəfdən, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır: “Ona görə də tarixi abidələrin qorunması istiqamətində işlər intensivləşdirilməlidir. Düzdür, UNESCO və ISESCO çərçivəsində abidələrin qorunması işi gedir, ancaq qeydiyyat məsələsinə xüsusi diqqət yetirilməlidir. Biz ermənilərin saxta qeydiyyat aparmasına qarşı mübarizə aparmalıyıq”. 
S. Novruzov əlavə edib ki, müəllif hüquqlarının qorunması üçün qeydiyyat məsələsi vacib əhəmiyyət kəsb edir. 
O bildirib ki, sovet vaxtı qeydiyyatdan keçməmiş hər hansı bir kitab, dərslik və s. nəşr edilə bilməzdi: “İndi isə kim nə istədi, nəşr etdirə bilir. Bir nəfərin yazdığı kitabı başqa bir şəxs kitabın üzlüyünü, redaktorların adını dəyişərək öz adına çıxarır. Digər tərəf isə sübut edə bilmir ki, bu kitab onundur. Əgər həmin kitab ərsəyə gələndə onun müəlliflik hüququ qeydiyyatdan keçərsə, digəri ondan istifadə edə bilməz”. (trend)

13.12.2017 12:25 / Baxılıb: 347 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo