| |||||
ABŞ: “Rusiya Suriyadan çıxsa da, bizim işimiz bitmədi”Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert keçirdiyi mətbuat konfransında Rusiya əsgərlərinin Suriyadan çıxarılmasına münasibət bildirib. Azadinform xəbər verir ki, XİN sözçüsü bildirib ki, Rusiya Suriyada işlərini bitirdiyini düşünə bilər: “Ancaq Suriyada bizim işimiz bitmədi. “Biz” deyərkən ABŞ-ı və bütün koalisiya qüvvələrini nəzərdə tuturam. İŞİD-in nəzarət etdiyi yerlər var. Ölkədə hələ də sabitlik təmin edilməyib. Rusiya qüvvələri Suriyadan çıxsa da, biz burada sabitliyi təmin etmək üçün mübarizə aparacağıq”.
13.12.2017 11:05 / Baxılıb: 583 /
Bu bölmədə ![]() ![]() |
![]() |
© 2018 All right reserved www.azadinform.az | Powered by Danneo |