Əsas kapitala 13 milyard 688,4 milyon manat vəsait yönəldilib

Samir Soltanov/AZADİNFORM. 2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 mlrd. 688,4 mln. manat vəsaitin 6 mlrd. 51,7 mln. manatı və ya 44,2%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ümumi sərmayənin 73,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77%-i məhsul istehsalı obyektlərinin, 17,1%-i xidmət sahələri üzrə obyektlərin, 5,9%-i isə ümumi sahəsi 1536 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2%-ini təşkil edib. 
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6%, bank kreditləri 12,7%, büdcə vəsaitləri 14,1%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,8% təşkil edib.

13.12.2017 10:55 / Baxılıb: 323 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo