DGK bu il büdcəyə 2,4 mlrd. manat köçürüb

Adəm Abbaslı/AZADİNFORM. Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat daxil olub.

Azadinform xəbər verir ki, bu rəqəmlər komitənin açıqladığı statistikada öz əksini tapıb. Bildirilir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 mln. 739,7 min manat və ya 15,89% artıb.

Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 mln. 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 64 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə isə 31 mln. 842,63 manat təşkil edib.

13.12.2017 09:50 / Baxılıb: 308 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo