Ermənistan azərbaycanlı köçkünlərə təzminat ödəyəcək - Qərar

Samir Soltanov/AZADİNFORM. Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi barədə yeni qərar verib. 

Azadinform xəbər verir ki, bu barədə məhkəmənin saytına istinadən məlumat verir. Qərarda bildirilir ki, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyana görə 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclərə görə 28 642 funt sterlinq təzminat ödəməlidir. 

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi barədə qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı) və 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirmişdi. İş üzrə iddiaçılar azərbaycanlı məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). 

12.12.2017 15:17 / Baxılıb: 1065 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo