Heydər Əliyev dünya liderləri içərisində özünə layiqli yer tutub

Ləman Hüseynzadə / AZADİNFORM. “Ümummilli lider Heydər Əliyev zamanın kəşməkəşli sınaqlarından uğurla çıxmış siyasi xadimdir”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Heydər Əliyev həm Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, həm SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən, eyni zamanda Azərbaycana rəhbərliyi dövründə idarəetmənin bütün incəliklərini bilən siyasətçi kimi özünü nümayiş etdirib: “Məhz onun dövründən başlayaraq Azərbaycan dövlətçiliyi bütün maneələri, əngəlləri, sui-qəsdləri, dövlət çevrilişlərini dəf edərək ölkəmizin suverenliyini bu günlərə qədər qoruyub saxlaya bilib. Ulu öndər gələcəyi proqnozlaşdıra bilən bir siyasi xadim idi, həmçinin qonşu dövlətlərlə münasibətləri çox yüksək səviyyədə saxlayırdı”.

“Heydər Əliyevin sayəsində Azərbaycan diplomatiyası böyük uğurlar qazandı, ölkəmiz bütün dünyada tanındı”, - deyən politoloq əlavə edib ki, onun rəhbərliyi dövründə neft sektorunda, kənd təsərrüfatı sahəsində, sənayedə həyata keçirilən islahatlar, bütövlükdə Azərbaycan iqtisadiyyatının əsaslarını möhkəmləndirdi: “Bununla da iqtisadiyyatın yüksək inkişaf yoluna başlanğıc qoyuldu. Heydər Əliyev o siyasətçilərdəndir ki, öz möhürünü tarixi inkişaf prosesinə vurub və dünya liderləri içərisində özünə layiqli yer tutub”.

12.12.2017 13:31 / Baxılıb: 446 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo