İsrail Aİ-dən incidi Netanyahu Brüsseldən əliboş qayıtdı

Samir Soltanov/AZADİNFORM. Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan-Klaud Yunker və Aİ xarici işlər nazirləri ilə görüşmək üçün Brüsselə səfər edən İsrail Baş naziri Benjamin Netanyahu Aİ-dən gözlədiyi dəstəyi görməyincə Yunkerlə görüşünü ləğv edərək Brüsseli tərk eləyib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrailin Aİ-na 22 ildən sonra ilk dəfə baş nazir səviyyəsində ziyarətin reallaşmasına baxmayaraq, protokolun əksinə olaraq Netanyahunun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini tərəfindən qarşılanması diqqəti çəkib. 
Məlumata görə, mətbuata açıqlama verən Netanyahu bütün Avropa ölkələrinin Trampın Qüdslə bağlı qərarına uyğun olaraq səfirliklərini bu şəhərə daşıyacaqlarını və Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqlarına ümid etdiyini bildirib. 
Ancaq F. Mogherini qeyd edib ki, Netanyahu bu gözləntilərini başqa ölkələrdən istəyə bilər: “Aİ bu istiqamətdə addım atmayacaq”. 
Bildirilir ki, Aİ xarici işlər nazirləri ABŞ-ın Qüdsü paytaxt elan edən qərarına sərt reaksiya verərək səfirliklərin bu şəhərə köçürülməyəcəyini bildirib. 
Aİ xarici işlər nazirlərindən gözlədiyi dəstəyi görməyən Netanyahu Yunkerlə görüşməsini ləğv edərək Brüsseldən ayrıldı. Görüşmənin ləğv olunmasına səbəb kimi kəskin soyuq keçən hava şəraiti ilə bağlı olduğu bildirildi. 

12.12.2017 12:40 / Baxılıb: 643 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo