Madam Bovari mənəm deyən şairin doğum günüdür

Arzu Ağayeva/AZADİNFORM. Bu gün dünyada adı ən sevilən əsərlər siyahısında olan “Madam Bovari” romanı ilə realizm cərəyanının əsasını qoyan Fransalı şair Qüstav Floberin doğum günüdür.

Azadinform xəbər verir ki, bu gün də dünya ədəbiyyatında ən çox oxunan “Madam Bovari” ilk dəfə 1857-ci ildə çap olunduğu zaman əxlaqsızlığı təbliğ etdiyi üçün qadağan olunub, şairin özü isə məhkəməyə verilib. Məhkəmədə  şairdən bu “namus cəlladı qadın”ın kim olduğu soruşulanda Qüstav Floberin verdiyi cavab (Madam Bovari mənəm) çox məşhurdur.

Qeyd edək ki, həyatının son illərini maddi sıxıntılar və ədəbi uğursuzluqlarla keçirən şair dünya klassiklərindən sayılır.

12.12.2017 12:30 / Baxılıb: 449 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo