"Sumqayıt" "Qarabağ" üzərindəki üstünlüyü əldən verdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində sonuncu ilk oyun keçirib.

Azadinform xəbər verir ki, yarışın son qalibi "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

Matçda hesabı 24-cü dəqiqədə qonaqların futbolçusu Rəşad Eyyubov açıb. Lakin sumqayıtlılar fasilədən sonra üstünlüyü əldən veriblər. Ağdam təmsilçisinin heyətində Riçard Almeyda ilə Pedro Enrike fərqlənib. Onlar müvafiq olaraq 57 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar.

Digər 3 oyunda da meydan sahibləri qələbə qazanıblar. "Keşlə" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib, "Zirə" "Neftçi"ni, "Qəbələ" isə "Səbail"i 1 cavabsız qolla məğlub edib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.

11.12.2017 22:32 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo