Qeyri-bank kredit təşkilatlarının kredit portfeli 7% kiçilib

Qeyri-bank kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 2017-ci ilin oktyabr ayında 32,1 mln. manat və ya 7,1% azalaraq noyabrın 1-nə 420,2 mln. manata çatıb.

Azadinform bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Eyni zamanda qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşlarının cəmi kreditlərdə xüsusi çəkisi 3,6%-dən 3,5%-ə enib.

Hesabata əsasən, qeyri-bank kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi yanvar - mart ayları ərzində dəyişməz qalaraq 454,4 mln. manat təşkil edib. Sonra, aprel ayında 399,2 mln. manata düşüb və I yarımilin sonunadək sabit qalıb. Daha sonra 452,3 mln. manata yüksələrək 3 ay (iyul, avqust, sentyabr) ərzində sabit qalıb.

Qeyd edək ki, kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşu oktyabrda 285,0 mln. manat və ya 2,3% azalaraq 2017-ci il noyabrın 1-nə 12 152,2 mln. manat təşkil edib. Bunun 2 144,8 mln. manatı və ya 17,6%-i dövlət bankları, 9 587,1 mln. manatı və ya 78,9%-i özəl banklar, qalanı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

11.12.2017 22:05 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo