Neftçi" "ASAN məktub" layihəsinə qoşulub

"Neftçi” klubu daha bir sosial layihəyə qoşulub.

Azadinform paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə - "ASAN məktub”la uşaqların arzularını həyata keçirəcək.

Komandanın futbolçuları yeni il ərəfəsində "ASAN məktub" portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcəklər. "Bakcell Arena"da baş tutacaq görüşdə uşaqlar komandanın ev oyunlarını keçirdiyi stadionla tanış olub, "Neftçi"nin muzeyini ziyarət edəcəklər.

Sonda əsas komandanın futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcək.

11.12.2017 21:23 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo