İraqda tanınmış silahlı hərəkatlardan biri silahları dövlətə təhvil verir

İraqda “Sədr” Hərəkatının lideri Müqtəda əs-Sədr tərəfdarlarını silahlarını dövlətə təhvil verməyə çağırıb.

Azadinform "Haber7"yə istinadən xəbər verir ki, o, bunu dekabrın 11-də terrorçu İŞİD qruplaşması üzərində qələbə ilə bağlı ölkənin Nəcəf şəhərində mətbuat üçün açıqlamasında bildirib.

“Samirədən başqa İŞİD-dən təmizlənən bütün bölgələri 45 gün ərzində təhlükəsizlik qüvvələrinə təslim edəcəyik”, - o vurğulayıb.

Ona bağlı “Seraya əs-Selam” adlı dəstə Səlahəddin vilayətinin Samirə şəhərində şiələrə məxsus ziyarət yerlərini qoruyur.

Müqtəda əs-Sədr Küveytin işğalı ilə bağlı 1990-cı ildə BMT Təhlükəsizlik Şurasının İraqa tətbiq etdiyi sanksiyaların aradan qaldırılması məqsədilə ölkə miqyasında özünə aid bütün silahlı dəstələrin müddətsiz olaraq fəaliyyətini dondurduğunu bildirib.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi ölkənin şimalındakı muxtariyyətə aid silahlı dəstənin (“peşmərgə”) də silahı təhvil verməsini istəyr. Rəsmi Bağdad İraqın bir ordusunun, silahlı qüvvələrinin olmasının vacibliyini vurğulayır.

11.12.2017 21:09 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo