İndoneziya parlamentinin sədri istefa verdi

İndoneziya parlamentinin dövlət büdcəsindən, təxminən, 170 milyon dollar mənimsəməkdə şübhəli bilinən sədri Setiya Novanto istefa verib.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Etik məsələlər üzrə parlament komitəsinin sədr müavini Sarifuddina Suddinqa məlumat verib.

S.Novanto Əziz Syamsuddini yeni sədr təyin edib. S.Suddinqanın sözlərinə görə, İndoneziya Xalq Nümayəndələr Şurasının rəhbərliyi S.Novantodan 4 və 6 dekabr tarixlərində iki məktub alıb.

Qeyd edək ki, İndoneziya Antikorrupsiya Komissiyası S.Novantonu dövlət büdcəsindən pul vəsaitlərini mənimsəməkdə şübhəli bilərək saxlayıb. Məmur ölkədə yeni şəxsiyyət vəsiqələrinin tətbiq edilməsinə dair 2009-cu ildə başladılan dövlət layihəsi üçün nəzərdə tutulan büdcə vəsaitlərinin mənimsənilməsi üzrə işin əsas fiqurlarından biridir. 

11.12.2017 19:32 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo