"Qəbələ" "Səbaili" məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

Azadinform xəbər verir ki, ötən mövsümün finalçısı olan “Qəbələ” Premyer Liqanın debütantı “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-qaralar”a qalibiyyət gətirən qola 59-cu dəqiqədə Stiven Monroz imza atıb.

Qeyd edək ki, sonuncu ilk oyun “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. İlk oyun günündə "Keşlə" evdə "Kəpəz"i 2:0, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.

11.12.2017 19:16 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo