Qanunsuz narkotik dövriyyəsi və qızıl oğurluğu Şirvanda əməliyyat

Samir Soltanov/AZADİNFORM. Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

Azadinform xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Eldost Mikayılov saxlanılıb. Onun üzərinə baxış zamanı 0,936 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. 

Ətrafında aparılan tədbirlərlə E. Mikayılovun başqa bir cinayət törətdiyi də məlum olub. Həmin şəxs cari il dekabrın 9-da şəhər ərazisindəki qızıl əşyalarının alış - satışı mağazasına gələrək bir ədəd 600 manat dəyərində qızıl boyunbağını və 150 manat dəyərində qızıl üzüyü baxmaq adı ilə götürərək qaçıb. 
Oğurladığı qızılları Bakı şəhərində qızıl mağazalarının birinə qiymətindən ucuz satıb. Araşdırmalarla həmin qızılların müəyyən qismi maddi sübut kimi götürülüb. 
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

11.12.2017 19:00 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo