Azərbaycan Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub

Samir Soltanov/AZADİNFORM. Azərbaycan cari ilin 9 ayında Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub. 

Azadinform xəbər verir ki, bu göstərici ilə Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələr sırasında liderdir. 

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında deyilir ki, Azərbaycanın yatırdığı investisiyaların həcmi Gürcüstan iqtisadiyyatına qoyulmuş xarici sərmayənin ümumi həcminin 25,9 faizini təşkil edib. Təkcə cari ilin üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 milyon dollar investisiya yatırıb. 
Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 milyard 346,5 milyon dollar xarici investisiya qoyulub. 
Gürcüstana ən çox investisiya yatırmış ölkələr sırasında ikinci yerdə 259,2 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 175 milyon dollarla Böyük Britaniya dayanır.

11.12.2017 18:31 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo